Gənclər və İdman naziri Azad Rəhimov olimpiya oyunlarına yola düşəcək idmançılar üçün sifariş edilmiş formaların ölçü probleminin olması ilə bağlı açıqlama verib. Gənclər və İdman naziri Azad Rəhimov olimpiya oyunlarına yola düşəcək idmançılar üçün sifariş edilmiş formaların ölçü probleminin olması ilə bağlı açıqlama verib.

Azad Rəhimovdan güləşçiyə cavab: “İnternetdə şəkil paylaşırlar”

Gənclər və İdman naziri Azad Rəhimov olimpiya oyunlarına yola düşəcək idmançılar üçün sifariş edilmiş formaların ölçü probleminin olması ilə bağlı açıqlama verib.


AzNews.az xəbər verir ki, nazir bu gün keçirdiyi iclasda sözügedən formaların ucuz başa gəldiyini vurğulayıb: "Olimpiaçılarımız üçün formanı İtaliya şirkəti tikib. Çox keyfiyyətli iş görülüb və bu, bizə idmançılarımızın Londonda keçirilən olimpiadada və Bakıda keçirilən Avropa Oyunlarında geyindiyi "Ermanno Skervino" formalarından 4-5 dəfə ucuz başa gəlib".

Nazir dünya və Avropa çempionumuz, olimpiya oyunlarının ikiqat gümüş mükafatçısı yunan-Roma güləşçisi Rövşən Bayramovun hərəkətinə də münasibət bildirib: "Bəzi idmançılar bizim yanımıza gəlib formaları dəyişmək əvəzinə, şəkillərini internetdə paylaşırlar. Ola bilər ki, Rövşən Bayramova hansısa ağır çəkili idmançının forması verilib".

Qeyd edək ki, Rövşən Bayramov Rioda geyinməsi üçün sifariş edilmiş formanın şəklini sosial şəbəkədə paylaşıb. Rio olimpiadası üçün sifariş edilmiş idman geyiminin çox böyük olması hərkəsin təəccübünə və gülüşünə səbəb olub.

Aygün İLQARQIZI