Beynəlxalq Olimpiya Komitəsi Rusiyaya beynəlxalq idman tədbirlərinin keçirilməməsi ilə bağlı sanksiyalar uzadıb. Beynəlxalq Olimpiya Komitəsi Rusiyaya beynəlxalq idman tədbirlərinin keçirilməməsi ilə bağlı sanksiyalar uzadıb.

Rusiyada idman tədbirlərinə qarşı yeni qərar

Beynəlxalq Olimpiya Komitəsi Rusiyaya beynəlxalq idman tədbirlərinin keçirilməməsi ilə bağlı sanksiyalar uzadıb.


APA-nın "Lenta.ru"-ya istinadən verdiyi xəbərə görə, sənədə əsasən BOK Rusiyada hər hansı idman tədbirləri və görüşlərinə dəstək verməyəcək.

Təşkilat həmçinin qış idman növləri üzrə beynəlxalq federasiyaları Rusiya ərazisində yarışlara hazırlığı donduraraq alternativ məkan axtarmağa çağırıb.

Sanksiyalar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iyulun 19-da Ümumdünya antidopinq agentliyi (WADA) komissiyasında Riçard Maklarenin Rusiya idmançılarının Soçi Olimpiadasında dopinq qaydalarını pozduğuna dair məruzəsindən sonra tətbiq edilib.

Riçard Maklarenin Rusiya idmanında dopinq problemi ilə bağlı məruzəsinin ikinci hissəsi dekabrın 9-da təqdim ediləcək.

AzNews.az