FİFA ən yaxşı azarkeş qrupu adına namizədlərin siyahısını açıqlayıb. FİFA ən yaxşı azarkeş qrupu adına namizədlərin siyahısını açıqlayıb.

FİFA ən yaxşı azarkeşi seçir

FİFA ən yaxşı azarkeş qrupu adına namizədlərin siyahısını açıqlayıb.


AzNews.az Apasport.az -a istinadən xəbər verir ki, qalib adını qazanmaq üçün 3 komandanın fanatları onlayn mübarizə aparacaqlar.

Ali futbol qurumunun birinci namizədi Hollandiyanın "Den Haaq" klubunun azarkeşləridir. Onlar öz aralarında pul toplayıb, Roterdamın "Sofia" uşaq evinin kiçik sakinləri üçün oyuncaqlar alıb və bu oyuncaqları "Feyenord"la oyunda öz sahiblərinə təqdim ediblər.

İkinci namizəd isə "Liverpul" və "Borussiya" azarkeşləridir. Hər iki komandanın fanatları birlikdə məşhur "You`ll never walk alone" mahnısını səsləndiriblər.

Mükafata üçüncü namizəd isə AÇ-2016-da "Hu!" şüarı ilə populyarlaşan İslandiya millisinin tərəfdarları göstərilib.

Qeyd edək ki, seçimlər internet üzərindən FİFA-nın rəsmi saytında aparılacaq.