“Yarış rəsmiləri” hesab olunan marşallar "Formula 1"-in təşkilatçılığında və keçirilməsində mühüm rol oynayırlar. “Yarış rəsmiləri” hesab olunan marşallar "Formula 1"-in təşkilatçılığında və keçirilməsində mühüm rol oynayırlar.

“Yarış rəsmiləri” - Marşal olmaq, üstünlükdür

“Yarış rəsmiləri” hesab olunan marşallar "Formula 1"-in təşkilatçılığında və keçirilməsində mühüm rol oynayırlar.

Ötən il Azərbaycanda keçirilən Bakı Qran Prisində 1207 nəfər marşal fəaliyyət göstərib. Onlardan min nəfəri azərbaycanlı olub. 207 nəfər isə Azərbaycanın Bəhreyn Motor-idman Federasiyasıyla əldə etdiyi razılaşmaya əsasən, Bəhreyndən gəlib. Məhz bu federasiya azərbaycanlı marşalların da hazırlığıyla məşğul olub.

Marşallar yerinə yetirdikləri müxtəlif vəzifələrə əsasən növlərə bölünürlər:

Sektor marşalları, trek marşalları, bayraq marşalı, rəqəmsal bayraq marşalları, start və finiş marşalları, yanğınsöndürən və xilasetmə marşalları, tibbi marşallar, texniki təftiş marşalları, pit və sıra düzülüşü marşaları, bərpa üzrə marşal, kommunikasiya üzrə marşallar (və ya müşahidəçilər), hüdudlar üzrə marşallar, logistika və marşalların təchizatı.

Bəs marşalların nə kimi üstünlükləri var? Gənclər marşal olmaqda nə üçün bu qədər maraqlıdırlar?

Marşallıq bütün dünya üzə bir hobbi növü kimi qəbul olunur. Müxtəlif yarışlarda marşallıq edən insanlar vaxtlarını daha maraqlı, daha səmərəli keçirmək şansı əldə edirlər.Yarışın təşkilatçılığının da ayrılmaz hissəsi olan marşallar yarış başlamazdan əvvəl hazırlıq prosesində iştirak edə bilirlər. Marşalların üstünlükləri bununla da kifayətlənmir. Onlar daha sonra yarışı tam mərkəzindən izləmək şansına nail olurlar. Ümumilikdə tədbirin bir parçasına çevrilən Marşallar gözəl vaxt keçirir, dostlar qazanır, möhtəşəm yarış seyr edir və Formula 1 ailəsinə qatılırlar.

Aydan Axundova

AzNews.az