Dörd qat Olimpiya çempionu medallarını hərraca çıxardı - 10 milyon dollara (Foto)

Gimnastika üzrə 4 qat olimpiya çempionu Olqa Korbut Münhendə və Monrealda qazandığı olimpiya medallarını hərraca çıxarıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, gimnast Platinum Night hərracına 1972-1976-cı illərdə qazandığı medalları, idman geyimlərini, SSRİ idman ustası nişanını, 2000-ci ildə ona verilmiş birinci ABŞ pasportunu qoyub.

Medalların ilkin qiyməti 15-26 min dollar arasında dəyişilir. Hərrac təşkilatçıları satışların ümumi məbləğinin 10 milyon dolları ötəcəyini bildiriblər.

Olqa Korbutun bu hərəkəti təəccüblü deyil. Hazırda ABŞ-da yaşayan gimnastın maliyyə vəziyyəti elə də yaxşı deyil. Hələ 2002-ci ildə gimnast supermarketdən oğurluq edərkən yaxalanmışdı. Oğurluğun ümumi məbləği isə heç 20 dollar deyildi. Onun oğlunu isə saxta pulların çapına görə həbs etmişdilər.