“Barcelona” futbol klubunun Baş məşqçisi Luis Enrike sezon sonunda klubu tərk edəcək. “Barcelona” futbol klubunun Baş məşqçisi Luis Enrike sezon sonunda klubu tərk edəcək.

Luis Enrike "Barcelona"nı tərk edir

“Barcelona” futbol klubunun Baş məşqçisi Luis Enrike sezon sonunda klubu tərk edəcək.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Enrike “Sporting”lə oynanan və 6:1 hesablı qələbə ilə başa çatan futbol matçından sonra keçirilən məbuat konfransında məlumat verib.

Baş məşqçi bildirib ki, hələ sezon başlamazdan əvvəl klub rəhbərliyini bu barədə xəbərdar edib: “Mən istirahət eməli olduğum üçün “Barcelona”nı tərk edirəm. Kluba inamına, oyunçulara peşəkarlıq və sadiqliyinə, azarkeşlərə isə dəstəklərinə görə təşəkkür etmək istəyirəm”.

Luis Enrikenin Baş məşqçiliyi dövründə komanda bir sıra uğurlara imza atıb. Hələ ilk sezonda “Bracelona” Çempionlar Liqasında, İspaniya Çempionatında qələbə qazanıb.