Mayın 1-də Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının (AAF) hesabat-seçki konfransı keçirilib. Mayın 1-də Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının (AAF) hesabat-seçki konfransı keçirilib.

Azərbaycan Atletika Federasiyasının prezidenti bu şəxs seçildi

Mayın 1-də Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının (AAF) hesabat-seçki konfransı keçirilib.

AzNews.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda Federasiyanın hesablama komissiyasının məlumatları təqdim olunub.

Daha sonra AAF-in prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Azərbaycan Atletika Federasiyası IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır. Federasiya “Bakı-2017”də 30 idmançı ilə təmsil olunacaq.

Atletikanın inkişafı istiqamətində Federasiya tərəfindən həyata keçirilən tədbirlərdən danışan AFF prezidenti deyib: “Qurumun uğuru Avropa Atletika Federasiyası ilə sıx əlaqədardır. Federasiyanın böyük uğurlarından biri Nazim Babayevin yeniyetmələr arasında qazandığı medaldır. Azərbaycan Atletika Federasiyası artıq 7 ildir “Good Standing Federations” siyahısında öz yerini tutub”.

Sonra federasiyaya prezident seçkiləri keçirilib. Çingiz Hüseynzadə yenidən AAF-in prezidenti seçilib. Firat Hüseynov vitse-prezident, Məhərrəm Sultanzadə baş katıb, Kamal Əhmədov isə icraçı direktor seçiliblər.