Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb. Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb.

Millimizin kapitanı məşqçi kimi ilk uğurunu qazandı

Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, onun çalışdırdığı "Qarabağ"ın U-19 komandası vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.

U-19 Liqasının 31-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub və sona 3 tur qalmış çempion adını qazanıb.

Rəşad Sadıqovun komandası ölkəmizi UEFA Gənclər Liqasında (Çempionlar Liqasının analoqu) təmsil edəcək.

Qeyd edək ki, R.Sadıqov "Qarabağ"ın U-19 komandasına bu mövsümdən rəhbərlik edir.