- Köhnə - İdman
- 13 May 2017 20:14
- 4 517
Daha bir gümüş medal - Bakı-2017
Cüdoçu Kifayət Qasımova Azərbaycana IV İslam Həmrəyliyində daha bir gümüş qazandırıb.
Trend-in məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Əlcəzair təmsilçisi Ratibə Tariketlə qarşılaşıb.
Gərgin keçən döyüşdə cüdoçumuz 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
AzNews.az