"Bu hissi gərək yaşayasan. Başqa cür çıxmasın, hər adama nəsib olmur. Lakin Rafaelin Rafael olmasında valideynlərimin, ailəmin, müəllimlərinin dəstəyi və əməyi olub". "Bu hissi gərək yaşayasan. Başqa cür çıxmasın, hər adama nəsib olmur. Lakin Rafaelin Rafael olmasında valideynlərimin, ailəmin, müəllimlərinin dəstəyi və əməyi olub".

“Bu, övladımın doğulmasından sonra 3-cü qızıl medalımdır” - Rafael Ağayev

"Bu hissi gərək yaşayasan. Başqa cür çıxmasın, hər adama nəsib olmur. Lakin Rafaelin Rafael olmasında valideynlərimin, ailəmin, müəllimlərinin dəstəyi və əməyi olub".

"Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazan Azərbaycan karateçisi Rafael Ağayev təəssüratlarını bölüşərkən söyləyib.

75 kq çəkidə mübarizə aparan idmançı mükafatlandırma mərasimindən sonra baş tutan brifinqdə jurnalistlərin digər suallarını da cavablandırıb.

- Qələbəni övladınıza həsr etdiniz?

- Övladım olub, çox gözəl hissdir. Bunu çoxları bilir. Onun doğulmasındam sonra 3-cü qızıl medalımdır.

- Hansı görüş daha çətin keçdi?

- Türkiyəli rəqibimlə demək olar ki, 7 dəfə görüşmüşük. Çox güclü rəqiblərimiz var. Hamısı göz qabağındadır.

- Atletlər Kəndində ab-hava necədir? Digər ölkələrin nümayəndələri ilə həmrəylik yarada bilmisiniz?

- 24 ildi karatedəyəm, çox rəqiblərimi tanıyıram. Döyüşmək başqa, kənar da münasibət başqa.

- Bu gün sizə yüksək səviyyədə dəstək oldu...

- Prezidentimiz çox sağ olsun, gəlib dəstək oldu. Azarkeşlərə də minnətdarlığımı bildirəm. Hamısının qarşısında baş əyirəm.

AzNews.az