“Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 12 idman növü üzrə mübarizə gedəcək. “Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 12 idman növü üzrə mübarizə gedəcək.

İslamiadada VII yarış günü: millimiz finalda

“Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 12 idman növü üzrə mübarizə gedəcək.

AzNews.az Report-a istinadən xəbər verir ki, bunların 8-də medal yarışları olacaq.

Bədii gimnastika və idman gimnastikası növlərində fərdi və komanda yarışlarının qalibləri müəyyənləşəcək.

Cüdoda 3 çəkidə 4, paracüdoda 4 çəkidə 8 idmançı medal uğrunda yarışacaq.

Qadın və kişi karateçilər kata və kumitedə hərəyə 3 medal üçün vuruşacaqlar.

Günün ən ən çox maraq doğuran görüşlərirı həndbol komandaları arasında final və bürünc medal uğrunda matçlar olacaq. Qadınların mübarizəsində həlledici qarşılaşmada Azərbaycan və Türkiyə yığmaları üz-üzə gələcək. Bu komandalar voleybolçu qadınların yarışında qrup mərhələsinin görüşü çərçivəsində də üz-üzə gələcəklər.

Atıcılıq, üzgüçülük və ağırlıqqaldırma növlərində də medallar uğrunda mübarizə gedəcək.

Qeyd edək ki, artıq Azərbaycanın aktivində 22 medal var. Bunlardan 10-u qızıl, 9-u gümüş, 3-ü bürüncdür.