Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını Məmmədəli Mehdiyev qazanıb. Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını Məmmədəli Mehdiyev qazanıb.

Cüdo komandamız İslamiadada ilk qızılını qazandı

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını Məmmədəli Mehdiyev qazanıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gənclər arasında Avropa birinciliyinin, Ümumdünya Tələbə Universiadasının bürünc medalçısı olan Məmmədəli Mehdiyev Qran-pri və “Böyük dəbilqə” turnirlərinin qalibi və mükafatçısıdır. O, həmçinin Avropa kubokunda birinci yerin sahibi olub.