İranlı idmançılar növbəti dəfə qələbə sevincini yaşayıblar

“Baku-2017”nin su polosu yarışının mayın 16-da keçirilən birinci oyununda İndoneziya və İran milliləri üz-üzə gəliblər.

AzNews.az xəbər verir ki, iranlı idmançılar bu dəfə də maraqlı oyun nümayiş etdirərək növbəti dəfə qalib gəliblər.

Günün ikinci yarısında Türkiyə və Səudiyyə Ərəbistanı komandaları mübarizə aparacaqlar.