Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcıları bir dəst medal qazanıblar. Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcıları bir dəst medal qazanıblar.

Azərbaycan atıcıları daha bir dəst medal qazanıblar

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcıları bir dəst medal qazanıblar.

"Report"un məlumatına görə, qızıl medala qarışıq komanda halında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında Nigar Nəsirova - Ruslan Lunyov dueti sahib olub. Onlar üst-üstə 5 hədəfi dəqiq nişan alıblar.

Gümüş və bürünc medalları isə qarışıq komanda halında dairəvi stend atıcıları əldə ediblər. 89+2 xal toplayan Emin Cəfərov - Nurlana Cəfərova dueti gümüş, 89 xal yığan Niyaz Ağazadə - Rigina Mehtahəddinova cütlüyü isə bürünc mesala sahib olub.

Qeyd edək ki, Ruslan Lunyov bunadək fərdi mübarizələrdə 4 qızıl medal qazanıb.

AzNews.az