Atletimizdən gümüş medal qazandı - İslamiada

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışları keçirilir.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, atletimiz Rahib Məmmədov kişilər arasında 110 metr məsafəyə maneələrlə qaçış üzrə yarışın finalında gümüş medal qazanıb - 14,18 saniyə.

Qızıl medal Səudiyyə Ərəbistanı idmançısı Ahmed Almuvallad, bürünc medal isə İraq təmsilçisi Mohammed Sad Al-Xfaci yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.