Para-atletimiz qızıl medal qazandı - İslamiada

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən paralimpiyaçı atlet Elmir Cəbrayılov qızıl medal qazanıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, Cəbrayılov 100 metr məsafəyə 10,98 saniyə nəticə göstərib. Özbəkistanlı Mansur Abdiraşidov 11,25 saniyə nəticə ilə gümüş, mərakeşli Mahdi Afri isə 11,28 saniyə göstərici ilə bürünc medala sahib olub.