Azərbaycanın sərbəst güləşçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. Azərbaycanın sərbəst güləşçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

İdmançımız yarımfinalda - Yenilənib 2

Azərbaycanın sərbəst güləşçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

Trend-in məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov 1/4 finalda Kamerun təmsilçisi Tambi Nforsonqla qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

***

AzNews.az xəbər verir ki, sərbəst güləşçimiz Mahir Əmiraslanov (57 kq) türkiyəli Uzun Nəbiyə 15:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

***

İdmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevli 11:1 hesabı ilə, yarımfinalda isə suriyalı idmançı Abdalh Kərimi 9:1 hesabı ilə məğlub edib.

AzNews.az