IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq. IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq.

Bağlanış mərasimində bayrağımızı bu idmançı daşıyacaq

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Dünya və Avropa çempionu Elxan Məmmədov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb. O, həmçinin “Bakı-2017”də kişilər arasında cüdo üzrə komanda yarışında Azərbaycan millisinin heyətində İslamiadanın çempionu olub.

Elxan Məmmədov Azərbaycanı digər beynəlxalq yarışlarda da layiqincə təmsil edib.

Xatırladaq ki, İslamiadanın açılış mərasimində yığma komandasının bayraqdarı karate üzrə beşqat dünya, onqat Avropa, IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu Rafael Ağayev olub.