“Fenerbahçe” klubunun məşhur futbolçusu həbs edilib- Avtomobil qaçaqmalçılığından (FOTO)

Bu gün İstanbul polisi gömrük nəzarətindən yayınaraq ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən avtomobillərlə bağlı əməliyyat keçirib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində həbs edilən 100 nəfər arasında “Fenerbahçe” futbol klubunun məşhur oyunçusu Ozan Tufan da var. Məşhur futbolçunun həmin cinayətkar qruplaşma vasitəçiliyi ilə özünə bahalı avtomobil təmin etdiyi aşkarlanıb. Ozan Tufanın hazırda ifadə verdiyi bildirilir.

Bundan başqa, futbolçunun sahib olduğu lüks avtomobillər də hüquq-mühafizə orqanları tərəfindən müsadirə edilib.

Ozan Tufan bir müddət əvvəl yeni aldığı “Maseratti” avtomobili ilə gündəmə gəlmişdi. Futoblçu 750 min lirəyə aldığı avtomobilinə sevgilisinin və özünü adlarının baş hərflərindən ibarət SOT dövlət nömrə nişanı ilə diqqəti cəlb etmişdi.

AzNews.az