Fransız futbolçu Azərbaycandan getdi

“Zirə”də təmizlik işləri davam edir.

AzNews.az Apasport-a istinadən xəbər verir ki, Premyer Liqanı 4-cü pillədə başa vuran komanda daha bir futbolçu ilə yollarını ayırıb.

Fransalı futbolçu Amadu Ben Sanqar da bundan sonra “Zirə”nin formasını geyinməyəcək. Bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparılıb və onun komandadan getməsinə qarşılıqlı razılaşma əsasında qərar verilib.

Qeyd edək ki, qəsəbə təmsilçisi bundan əvvəl Migel Lorenzo (“Vitoriya”, Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov ("Kəpəz"), Nurlan Novruzov ("Bakı": icarə müddəti başa çatıb), Yamin Ağakərimzadə ("Səbail"), Elvin Məmmədovla ("Qəbələ") yolları ayırmışdı.