- Köhnə - İdman
- 28 May 2017 19:27
- 3 878
Monako Qran-Prisinin qalibi məlum oldu - Foto
Monte-Karloda Formula-1 yarışlarının 6-cı etapı başa çatdı.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, yarışda ən yaxşı nəticəni Ferrari pilotları göstəriblər.
Qran-Pridə finişə hamıdan tez çatan Sebastyan Fetteldir. Yarışın ikincisi Kimi Raykkonen (Ferrari), üçüncüsü Red Bull pilotu Daniel Rikkardo olub.
Qeyd edək ki, bu Sebastyan Fettelin mövsüm ərzində 3-cü, karyerasından isə 45-ci qələbəsidir.