“Barselona” futbol klubunun yeni baş məşqçisi məlum oldu

Kataloniya klubunun yeni baş məşqçisi rəsmən elan edilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu 53 yaşlı ispan mütəxəssis Ernesto Valverdedir. Bu barədə kataloniyalıların prezidenti Xosep Bartomeu mətbuat konfransında bildirib.

E.Valverde “Barselona”nın baş məşqçisi vəzifəsində mövsüm başa çatandan sonra klubu tərk edəcəyini qabaqcadan elan etmiş Luis Enrikeni əvəzləyəcək.

E.Valverde son dörd mövsümdə “Atletik” Bilbao klubuna məşqçilik edib. Onun rəhbərliyi ilə komanda ötən mövsümdə İspaniya çempionatında yeddinci yeri tutub.

Qeyd edək ki, Valverde 1988-1999-cu illərdə “Barselona”nın hücumçusu olub.