"Qarabağ" yeni tarix yazdı!

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Tiraspolda cavab oyununa çıxıb.

AzNews.az xəbər verir ki, Moldovanın “Şerif” klubunun qonağı olan Ağdam klubu rəqib meydanda 1-ci hissənin sonunda qol vuraraq hesabda önə keçib. Qolu Dino Ndlovu vurub. Oyunun sonlarında yaxın, 87-ci dəqiqədə isə Miçel ikinci qola imza atıb.

Oyuna əlavə olunmuş dəqiqədə isə hakim "Qarabağ"ın qapısına penalti təyin etdi.

Oyun 2-1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatdı.

Bununla da "Qarabağ" Azərbaycan futbolunda yeni uğura imza ataraq, Çempionlar liqasının pley-off mərhələsinə adladı.

İndiyədək heç bir klubumuz ÇL-in pley-off mərhələsinə yüksələ bilməyib.