"Qəbələ” komandası Avropa Liqasında mübarizəni dayandırıb. "Qəbələ” komandası Avropa Liqasında mübarizəni dayandırıb.

"Qəbələ” Avroliqada mübarizəni dayandırdı - Fotolar + Yenilənib

"Qəbələ” komandası Avropa Liqasında mübarizəni dayandırıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab oyununda da Yunanıstan təmsilçisi "Panatinaikos”u uduzub.

Qəbələlilər "Bakcell Arena"da baş tutan matçda hesabı açsalar da, matçın gedişində iki qol buraxaraq məğlub olublar.

Qollar: Rodriqo Moleno, 52 (öz qapısına) - Robin Lod, 63; Brayan Kabezas, 66
İlk oyun – 0:1

AzNews.az

***

22:00

“Qəbələ” “Panatinaikos” oyununun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, birinci hissənin 18-ci dəqiqəsində “Qəbələ”nin heyətində İlqar Qurbanovun təhlükəli cərimə zərbəsini rəqib qapıçı dəf edib.

Görüşün 43-cü dəqiqəsində komandamızın heyətində Deyvi Bultyuz, iki dəqiqə sonra isə Dion Malone real qol imkanları əldə etsələr də, bundan yararlana bilməyiblər.

AzNews.az

***

21:00

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda Azərbaycan komandasının start heyətində Dmitri Bezotosnı, Voyslav Stankoviç, Baqali Dabo, Endryu Hellidey, Cavid Hüseynov, Vitali Vernidub, Dion Malone, İlqar Qurbanov, Filip Ozobiç, Deyvi Bultyuz, Steven Jozef-Monroz yer alıblar.

Yunanıstan təmsilçisinin ilk onbirliyində meydana Odisseas Vlaxodimos, Omri Altman, Gilyerme Molins, Zeka, Robin Lod, Dmitres Korbelis, Niklas Hult, Dmitrios Kolovetsios, Rodriqo Moledo, Anastasios Çatziqiovanis, Usman Kulibali çıxıblar.

Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Kreyq Pausondir. Ona həmyerliləri Li Betts və Adam Nunn kömək edirlər. Matçda dördüncü hakim funksiyasını isə Kevin Friend yerinə yetirir.

Komandalar arasında bir həftə əvvəl Afinada təşkil olunmuş ilk oyun 1:0 hesabı ilə rəqibin xeyrinə yekunlaşdığından növbəti mərhələyə yüksəlmək üçün “qırmızı-qaralar” bu oyunda mütləq iki top fərqi ilə qalib gəlməlidir.

Azərbaycan çempionatının gümüş mükafatçısı iki oyunun nəticəsinə görə Yunanıstan təmsilçisini mübarizədən kənarlaşdırsa, turnirin pley-off mərhələsinə adlayacaq.

Xatırladaq ki, bu komandalar iki il əvvəl Avroliqanın pley-off mərhələsində üz-üzə gəliblər. Həmin mövsüm Roman Qriqorçukun yetirmələri səfərdə vurduğu qollar sayəsində rəqibindən üstün olaraq qrup mərhələsinə vəsiqə qazanmışdı - 0:0, 2:2.

AzNews.az