Yamaykalı atlet Useyn Bolt futbolçu kimi idman karyerasını davam etdirmək qərarına gəlib. Yamaykalı atlet Useyn Bolt futbolçu kimi idman karyerasını davam etdirmək qərarına gəlib.

Məşhur atlet bundan sonra futbolçu olacaq - Milyonlarla...

Yamaykalı atlet Useyn Bolt futbolçu kimi idman karyerasını davam etdirmək qərarına gəlib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Bolt Almaniyanın “Borussia Dortmund” klubunda məşqlərə başlayacaq.

Useyn Bolt bir müddət əvvəl atlet karyerasını bitirdiyini bildirmişdi.

“İndi Useyn Bolt təkcə futbol barəsində düşünür. Onun futbolçu olması üçün milyonlarla imkan var. Ad çəkmək istəmirəm, amma bir neçə klubdan təklif də gəlib. Mənə həmişə Çempionlar Liqasında oynamaq istədiyini deyir” – deyə Boltun meneceri Riki Sims qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az