Ağdamın “Qarabağ” komandası vətənə dönüb. Ağdamın “Qarabağ” komandası vətənə dönüb.

“Qarabağ” vətənə qayıtdı

Ağdamın “Qarabağ” komandası vətənə dönüb.

“Apasport.az” saytının məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Kopenhagen”lə Danimarkada qarşılaşan Azərbaycan çempionu Bakıya qayıdıb.

Rəqibin meydanında 1:2 hesabı ilə uduzmasına baxmayaraq, mərhələni adlayan “Qarabağ” Heydər Əliyev Beynəlxalq HavaLimanında böyük coşğu ilə qarşılanıb. Futbol ictimaiyyəti, KİV nümayəndələri, azarkeşlər qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşən ilk Azərbaycan komandasının üzvlərini və məşqçi heyətini böyük sevgi ilə qarşılayıblar. “Qurban, Qurban”, “Sən bizim fəxrimizsən, “Qarabağ!” sədaları səsləndirən, futbol marşları ifa edən fanatlar tarix yazan komandanı alqışlayıb.

AzNews.az