Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək “Qarabağ” klubu heyətini gücləndirir. Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək “Qarabağ” klubu heyətini gücləndirir.

“Qarabağ” braziliyalı futbolçunu icarəyə götürür

Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək “Qarabağ” klubu heyətini gücləndirir.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Pedro Enrike Konzeni icarəyə götürməyə hazırlaşır.

Yaxın günlərdə tərəflər arasında müqavilənin imzalanacağı gözlənilir.

PAOK klubunun idman direktoru Lubos Miçel "Qafqazinfo"ya açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, hələlik razılıq əldə olunmasa da, danışıqlar gedir.

Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub.