Ulduz futbolçu Kataloniya referendumuna səs verdi - Foto

"Barcelona" klubunun ulduz futbolçusu Jerar Pike bu gün Kataloniyada keçirilən müstəqilliklə bağlı referendumda iştirak edib.

AzNews.az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə Tvitter hesabında məlumat yayıb:

"Mən səs verdim. Birlikdə biz demokratiyanı müdafiə edə bilərik" - şərhini yazıb.