Barselona daha bir oyunçusunu itirdi

İspaniya milli komandası ilə Fransaya qarşı oynadığı oyunun son dəqiqələrində zədələnən Pedro Rodriqezdən klubu Barselonaya gələn xəbər katalon klubunu üzdü

AzNews.az xəbər verir ki,Barselona klubu rəsmi internet səhifəsindən verdiyi açıqlamada, Pedronun həkim müayinəsindən keçdiyini və 10 gün yaşıl meydanlardan kənar qaldığını bildirib.

Barselonanən hücum gücündə vacib bir yeri olan Pedro zədələnməsinə görə Selta ilə oyunda forma geyinə bilməyəcək. Çempionlar Liqasında oynanacaq PSJ oyununda da zədəsi davam edəcək Pedro, bu oyunda sarı vərəqə cəzası səbəbi ilə onsuzda oynamayacaqdı.

Fərid
AzNews.az