"Ümid edirəm ki, bu mərhələdə də yaxşı oyunumuzla yadda qalacağıq" "Ümid edirəm ki, bu mərhələdə də yaxşı oyunumuzla yadda qalacağıq"

Fatih Terim: “Heç vaxt oyun qabağı təslim olmamışıq“

"Ümid edirəm ki, bu mərhələdə də yaxşı oyunumuzla yadda qalacağıq"




"Rəqibimizin kim olduğunu çox yaxşı bilirik. Amma biz də bura qədər az iş görməmişik. Ümid edirəm ki, bu mərhələdə də yaxşı oyunumuzla yadda qalacağıq. ÇL-da özümüzü sübut etmişik. Bu iki oyunda da futbolçularımızn çəkinmədən mübarizə aparacağına əminəm. Nəticə nə olursa olsun bizim bura qədər gəlməyimiz özü böyük uğurdur".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim ÇL-in 1/4 finalında "Real"la qarşılaşacaqları oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi ÇL-da ən çətin rəqiblə üzləşəcəklərini bildirib: "Real" xüsusilə "Bernabeu"da inamlı çıxışı ilə çox qələbələr eldə edib. Püşkatmada bəxtmiz gətirmədi. Etiraf edirəm ki, digər yeddi baş məşqçinin yerində olsam, mən də "Qalatasaray"la düşmək istəyərdim. Amma bunun bizim nə istədiyimizə hansı hədəflərimizin olmasına təsiri ola bilməz. Futbolda hər bir nəticə olur. Heç vaxt oyun qabağı təslim olmamışıq. Çətin görünən nəticələr qazanmağa qadirik. "Real"a hörmət edirik. Ancaq biz də hörmət olunacaq qədər işlər görmüşük".

Oyunçularına güvəndiyini deyən təcrübəli mütəxəssis qeyd edib: "Komandama çox güvənirəm. "Mançester Yunayted"lə bir qrupdan çıxdıq. Daha sonra "Şalke" səddini keçdik. Bu, hər bir çətinliyi keçə bilməyimizdən xəbər verir. "Real"la oyunda yaxşı mübarizə edən, meydanda sürətli bir "Qalatasaray" görəcəksiniz. Bəlkə də, öz meydanımızdakı oyun bizim üçün daha çətin olacaq. Ona görə də hər iki oyuna çox ciddi yanaşmalıyıq".

Rəqibin baş məşqçisindən də danışan F.Terim Mourinyo ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb. "Mourinyo ilə köhnə dostluğumuz var. "Qalatasaray"ın oyununu izləməyə gələndə mən də onu qarşılamağa getdim. İki dost kimi sözhbət etdik. Nə danışdığımız həm türk, həm də ispan mətbuatını çox maraqlandırır. Amma nədən danışmadığımızı deyərəm, nədən danışdığımızı yox".

F.Terim məğlub olmaqdan qorxmadıqlarını vurğulayıb: "Bəzən müdafiə olunmaq istəməsən də, rəqib buna məcbur edir. Öz oyunumuzu oynayıb istədiyimiz nəticəni qazanmağa çalışacağıq. Amma "Bernabeu"da "Real"a qarşı oynamaq asan deyil. Əgər məğlub olsaq, bu heç kim üçün sürpriz olmayacaq. Amma qalib gəlsək hamı üçün sürpriz olacaq. Hər bir komandanın ən pis cəhəti uduzmaqdan qorxmağıdır. Bu isə bizdə yoxdur. Gücümüz nəyə çatırsa onu edəcəyik. Uduzmaqdan qorxmuruq. Səkkiz güclü klub arasında olmaq bizim üçün artıq uğurdur".

AzNews.az