Komandamız dünya ulduzları ilə sülh bağladı

Bu gün Azərbaycan futbol veteranları növbəti oyununu keçirib.


Apasport.az saytının məlumatına görə, yığmamız dünyanın tanınmış simalarından təşkil olunan beynəlxalq veteranlar komandası ilə üz-üzə gəlib.

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən 2-ci matçda da komandamız sülh bağlayıb. 4 gün əvvəl səfərdə Özbəkistanla məhsuldar heç-heçə edən (4:4) veteranlarımız bu dəfə meydandan 3:3 hesablı bərabərliklə ayrılıb.

Görüşdə yığmamızın heyətində Vəli Qasımov dubl edib, Samir Ələkbərov digər qolun müəllifi olub. Dünya ulduzlarından isə Azərbaycanın qapısını Arçil Arveladze 2, Duayt York 1 dəfə dəqiq nişan alıb.


AZƏRBAYCAN VETERANLARI – BEYNƏLXALQ VETERANLAR YIĞMASI - 3:3

QOLLAR: Vəli Qasımov, 23; 41, Samir Ələkbərov, 32 - Arçil Arveladze, 6; 55, Duayt York, 58

Bayıl stadionu

Azərbaycan veteranları: Camaləddin Əliyev, Elxan Həsənov, Dmitri Kramarenko, Əsgər Abdullayev, Şakir Qəribov, Asim Xudiyev, Əbdülqəni Nurməmmədov, Şahin Diniyev, İskəndər Cavadov, İqor Ponomaryov, Vaqif Sadıqov, Tərlan Əhmədov, Oqtay Abdullayev, Mehman Allahverdiyev, Vidadi Rzayev, Qurban Qurbanov, Samir Ələkbərov, Nazim Əliyev, Nazim Süleymanov, Arif Əsədov, Maşallah Əhmədov, Vəli Qasımov, Yaşar Vahabzadə, Asif Əliyev, Müşviq Hüseynov.
Məşqçilər: Ağasəlim Mircavadov, Səməd Qurbanov.

Beynəlxalq veteranlar yığması: Berti Foqts, Uli Ştayn, Dario Şimiç, Stepan Tomas, Edmar Bernardes Dos Santos, Bernd Şuster, Hakan Şükür, Duayt York, Abdullah Avcı, Rüştü Rəcbər, Andrey Kançelskis, Revaz Arveladze, Arçil Arveladze, Leonid Buryak, Aleksandr Çivadze, Andrey Ziqmantoviç, Vaqiz Xidiyatullin, Tengiz Sulakvelidze, Kaxaber Sxadadze, Nikolay Boqdanov.

AzNews.az