Beynəlxalq velosiped turunun IV mərhələsi başlandı

Bu gün "Tour d’Azerbaidjan" beynəlxalq velosiped turunun IV mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, yürüşün bu hissəsi Qəbələdən start götürəcək.

Velosipedçilər İsmayıllını keçməklə Şamaxıya yürüş edəcəklər. Onlar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

Qeyd edək ki, 5 mərhələdən ibarət velotur sabah başa çatacaq. 146 km uzunluğu olan mərhələ Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.

AzNews.az