Zidan idman direktoru ola bilər

Mardrid "Real"ının keçmiş yarımmüdafiəçisi Zinəddin Zidan klubun yeni idman direktoru ola bilər. Bu barədə Trend İspaniya KİV-nə isitnadən xəbər yayıb.

Onun bu postda 40 yaşlı fransız Miqel Pardesi əvəzləyəcək.

Zidan 2002-2006-cı illərdə "Real" klubunun şərəfini qoruyub, daha sonra isə, klubun prezidenti Florentino Peresin məsləhətçisi vəzifəsini icra edib.

AzNews.az