“Luiz Suares satılmır” - TƏKZİB GƏLDİ

Son zamanlar dünya idman mətbuatının gündəmini məşğul edən xəbərlərdən daha birinə rəsmi münasibət bildirildi. "Real Madrid"in transfer etmək istədiyi Luiz Suares özü bu barədə ümidli danışsa da, klub rəhbərliyi məsələyə müsbət yanaşmır.

Belə ki, klub rəsmisi "The Guardian"a verdiyi açıqlamada Suaresi transfer bazarına çıxarmaq niyyətində olmadıqlarını, uruqvaylı forvardı müqavilə müddətinin sonuna qədər klubda saxlayacaqlarını bildirib.

Xatırladaq ki, Luiz "Liverpul"da uğurlu mövsüm keçirsə də, bir neçə qalmaqallı hadisəylə də yadda qalıb. Sonuncu dəfə "Çelsi" müdafiəçisi İvanoviçin qolunu dişləyən futbolçu buna görə uzunmüddətli cəza almışdı.

Elvin
AzNews.az