“Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” azarkeşləri Gezidə birləşir

Türkiyənin 3 böyük klubunun azarkeşləri bu gün yenidən bir araya gələcək.

Əzəli və barışmaz rəqibləri bir araya gətirən isə Türkiyədə baş verən hadisələrdir. Gezi parkında nümayişlər davam edərkən Twitter sosial şəbəkəsində anlaşan azarkeşlər artıq Qalatasaray kollecinin qarşısında toplaşırlar. Gün ərzində 50.000 tərəfdarın etiraz aksiyasına qoşulacağı gözlənilir.

Xatırladaq ki, nümayişlərdə "Beşiktaş"ın "Çarşı" azarkeş qrupu daha fəaldır. Anarxist və sosialist düşüncəli gənclərin üstünlük təşkil etdiyi qrup ilk gündən meydanlardadır və azarkeşlik etdiyi klubdan asılı olmayaraq hər kəsi bir olmağa çağırır.

Solçu tərəfdarlarının çoxluğu ilə diqqət çəkən "Adana Dəmirspor"un azarkeş qrupları da etirazlarda xüsusi fəallıqlarıyla seçilirlər.

Elvin
AzNews.az