Mourinyo “Real“la vidalaşdı

Madridin "Real" komandası futbol üzrə İspaniya çempionatının sonuncu 38-ci turunda öz meydançasında "Osasuna" klubuna qalib gəlib, bu da Joze Mourinyo üçün "kral klub"unun əsas məşqçisi vəzifəsində sonuncu oyunu olub. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Şənbə günü Madriddə başlayan görüş 4:2 hesabı ilə başa çatıb.
"Real" mövsümün nəticələrinə görə, ikinci yeri tutub. İspaniya kubokunun finalında "Kral klubu" derbidə "Atletiko"-ya məğlub olub, Çempionlar Liqasında isə yarımfinala çataraq, Dortmundun "Borussiya"sına uduzub.
Mayın 20-də Madrid klubunun prezidenti Florentino Peres bildirib ki, üç mövsüm ərzində çempionatda, İspaniyanın Kuboku və Superkubokunda qalib gələn Mourinyo 2012/13-cü il mövsümün sonuna yaxın komandanı tərk edəcək.

Mayın sonunda britaniya qəzeti The Sun elan edib ki, portuqal mütəxəssisi Londonun "Çelsi" klubu ilə dörd illik müqavilə bağlayıb.
Mourinyunun London klubuna təyinatı haqqında rəsmi məlumat yaxın vaxtlarda elan olunmalıdır.

AzNews.az