Perezdən Mourinyo açıqlaması

"Real Madrid" klubunun prezidenti Florentino Perez Mourinyonun "Çelsi"yə keçəcəyi barədə "Sky Sports Newsa" açıqlama verib.

O, "Çelsi"nin məsələ ilə bağlı yaxın günlərdə rəsmi məlumat verəcəyini də əlavə edib.

Perez: "Mourinyo "Çelsi"yə gedir. Güman ki, məsələ bazar ertəsi rəsmiləşəcək. Ona uğur diləyirik".

Xatırladaq ki, Premyer Liqanın rəsmi saytı da yanlışlıqla Mourinyonun artıq "Çelsi"yə keçdiyini yazmışdı.

Elvin
AzNews.az