Alonso heyətdən kənar qaldı – İspaniya millisinin tam heyəti

FİFA Konfederasiyalar Kubokunun əsas iddialılarından olan İspaniya millisinin heyəti bəlli oldu. Azarkeşlər üçün üzücü xəbərsə ondan ibarətdir ki, Ş. Alonso zədə səbəbiylə turnirdə iştirak edə bilməyəcək. Bundan başqa, "Mançester Siti"nin ulduz futbolçusu X. Qarsiyanın da eyni səbəblə yarışı buraxacağı dəqiqləşib.

Del Boskenin sərəncamında olan futbolçular isə bunlardır:
Qapıçılar: V. Valdes, M. Reyna, İ. Kasilyas
Müdafiəçilər: G. Pike, S. Ramos, R. Albiol, A. Arbeloa, S. Azpi, X. Alba, N. Monreal
Yarımmüdafiəçilər: A. İniesta, S. Fabreqas, S. Buskets, S. Kazorla, Çavi, X. Martinez
Hücumçular: D. Vilya, X. Navas, D. Silva, F. Torres, Pedro, X. Mata, R. Saldado

Elvin
AzNews.az