Cütlük Mayami çimərliyində “yaxalanıb” Cütlük Mayami çimərliyində “yaxalanıb”

Arşavin və onun azərbaycanlı sevgilisinin yeni fotoları yayıldı

Cütlük Mayami çimərliyində “yaxalanıb”



Məşhur futbolçu Andrey Arşavin və onun azərbaycanlı sevgilisinin yeni fotoları yayımlanıb. Cütlük Mayamidə istirahət edərkən ingilis reportyorlar tərəfindən fotokameranın obyektivinə düşüblər. Bununla bağlı materiallar dərc edən İngiltərə mətbuatı isə futbolçunun əvvəllər də həmin qadınla birlikdə göründüyünü xüsusi qeyd edib.

2 uşaq anası olan həmin azərbaycanlı qadınla Mayami çimərliklərində Arşavinə əl-ələ gəzərkən görüntülənib. Məlumat üçün bildirək ki, bu yay "Arsenal"la müqaviləsi başa çatan Arşavinin həmin azərbaycanlı qadın vasitəsilə "Xəzər-Lənkəran"a gələcəyi də istisna olunmurdu. Qeyd edək ki, adı açıqlanmayan həmin qadın Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovla dostdur.

Rusiya yığmasının keçmiş kapitanı Andrey Arşavin azərbaycanlı sevgilisi ilə ilk dəfə Londondakı stadionda birlikdə görünüb və bununla da mövzu gündəmə damğasını vurub. Cütlük stadiona basketbol üzrə Avropa Liqasının "Real Madrid"-"Barselona" yarımfinal qarşılaşmasına baxmaq üçün gedibmiş.

Mətbuatın məlumatına görə, futbolçunun azərbaycanlı sevgilisi ölkədə olduqca tanınmış bir şəxsin qızıdır. Xanım əvvəllər varlı bir iş adamının həyat yoldaşı olub. Bizneslə məşğuldur və idman sənayesində uğur qazandığı deyilir.

Məlumatlara görə, azərbaycanlı xanımın keçmiş ərindən bir oğlu var. Ancaq daha sonra yayılan məlumatlar uşaqların sayının bir yox, iki olduğunu göstərib. Eyni zamanda qadının ərindən rəsmən ayrılmadığı da vurğulanıb. Arşavin isə 3 uşaq atasıdır. Keçmiş həyat yoldaşı Yuliya ilə ayrıldıqdan sonra uşaqlarını anasının yanında böyüdür.

Futbolçunun nənəsi isə azərbaycanlı qızın onun nəvəsinə cadu etdirdiyini, ona görə də, futbolçu uşaqlarını atıb, onun yanına getdiyini bildirib.

Elnarə
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description