Azərbaycanın 2 cüdoçusu reytinq siyahısında irəliləyib

Beynəlxalq Сüdo Federasiyası reytinq cədvəlini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, son siyahı ilə müqayisədə Azərbaycan millisinin aparıcı üzvlərindən yalnız ikisi mövqeyini dəyişib.

Onlardan Elxan Məmmədov (100 kq) 1 pillə də irəli gedərək, 2-ci yerə yüksəlib. Aktivində 1408 xalı olan həmyerlimiz hollandiyalı Henk Groldan 122 xal geri qalır. Məmmədovla müqayisədə Ramilə Yusubova (63 kq) 37-ci yeri də itirərək, 38-ci pilləyə düşüb.

Digər cüdoçularımız - İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev, Elnur Məmmədli (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) isə mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, yenə 25-ci, 9-cu, 26-cı, 10-cu, 24-cü, 32-ci, 11-ci, 6-cı və 21-ci pillədədirlər.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

AzNews.az