Qarabağ həqiqətləri üçün səs ver

"Qarabağ" klubu və Qarabağ həqiqətləri haqqında araşdırmalar aparan və artıq bunu kitab halına gətirən hollandiyalı jurnalist Artur Huzinqa adlı gənc yazarın "Həmişə evsiz və ya səfərdə", "Qafqazda futbol savaşı" adlı kitabı Hollandiyada ilin ən yaxşı idman nəşrləri nominasiyasına daxil olub.

"Qarabağ" və Qarabağ həqiqətləri haqqında ən çarpıçı və dolğun məlumatların yer aldığı kitabı eyni zamanda səsvermə ilə də qalib etmək olar.

Bunun üçün http://www.weekvanhetsportboek.nl/publieksprijs/ linkinə daxil olub ARTUR HUİZİNGANIN əsərini seçməli ad, soyad bölməsini və sonda mail adresini yazıb ən sonuncu buttonla səsi qeyd etmək lazımdır.
Artur Huzinqanın kitabının promo tanıtımında da sabiq futbolçu və məşhur jurnalist Jan van Halst da iştirak edib. Tanıtım çarxını aşağıdakı keçiddən izləyin.

http://vimeo.com/67207406

Qeyd edək ki, səsvermə 8 İyun 23:59-a kimi davam edəcək.

"Qarabağ" və Qarabağ həqiqətlərini dünyaya tanıtdırmaq üçün səs verək.

http://www.weekvanhetsportboek.nl/publieksprijs/

Elvin CanTuran
AzNews.az