“Qəbələ“nin yeni qapıçısı: “Özümü xoşbəxt hiss edirəm“

"Qəbələ"nin yeni qapıçısı David Petrzkeviç komandaya keçidindən sonra fikirlərini klubun rəsmi saytı ilə bölüşüb. Qolkiper yeni klubu və gələcək karyerası barədə açıqlamalar verib:

"Yeni komandama mənə güvəndiklərinə görə təşəkkürümü bildirirəm. "Qəbələ" ilə müqavilə imzaladığıma görə özümü xoşbəxt hiss edirəm. "Qəbələ" haqda ətraflı məlumata malikəm və necə klub olduğundan, iddialarından xəbərdaram. Komandaya yeni məşqçi təyin olunub. Yuri Syomin hazırda yeni, güclü komanda qurur və bu komanda növbəti mövsümdə yuxarı yerlər üçün mübarizə aparacaq. Məndə "Qəbələ"nin məqsədinə çatması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Yeni məşqçinin məni seçməsi sevindirici haldır. Komandanın əsas qapıçısı olmaq üçün çalışacağam. Səbrsizliklə yeni mövsümü və azarkeşlərimizlə görüşümüzü gözləyirəm".

Elvin CanTuran
AzNews.az