“Ronaldo özündənrazı, Pepe isə xaindir“

Mourinyo "Real Madrid"dən ayrıldıqdan sonra eks klubunun oyunçuları haqqında tənqidi fikirlər səsləndirməyə başlayıb.

Portuqaliyalı futbol adamı həmyerlisi K. Ronaldunun tənqidə dözümlə olmadığı bildirib.

O, Ronaldunun özünü baş məşqçiyə ehtiyacı olmayan oyunçu kimi gördüyünü də əlavə edib.

Baş məşqçi digər həmyerlisi Pepe haqqında da danışıb: "Hər kəs onu qovmaq istəyərkən mən ona sahib çıxdım. Daha sonra o zədələndi, Varan əla oynadı və Pepe ehtiyyatda oturmalı oldu. Daha öncə ona qatil deyənlər indi də onun tərəfini tutmağa başladılar".

Elvin CanTuran
AzNews.az