Bu futbolçuların transfer xəbərlərinə hazır olun - Siyahı

Avropada transfer mövsümünün rəsmən açılmasına bir qədər vaxt qalsa da, klublar artıq iş başındadır. İndidən bir neçə futbolçunun adı yeni klublarla birgə hallanır.

Aznews.az dünya mətbuatına istinadən potensial transfer hədəfləriylə sizi tanış edir.

Bu il möhtəşəm oyun tərzi ilə diqqətləri üzərinə çəkən müdafiəçi Mats Hummels üçün "Barselona" və "Real Madrid" klubları mübarizə aparır.

Nəhayət, "Bavariya" ilə Çempionlar Liqası qalibi olan Aryen Robbeni transfer etmək istəyən klublar çoxdur. "İnter" və "Yuventus" kimi köklü italyan klublarıyla yanaşı, transfer bazarına yenicə daxil olan PSJ və "Monoko" da futbolçunu heyətinə qatmaq üçün mübarizə aparır.

Fantastik oyun üslubu ilə seçilən Qaret Beyl üçün "Real Madrid" və "Mançester Yunayted" arasında qızğın mübarizə gedir.

Ötən mövsümün ən çox gözlənilən transferi bu yay reallaşa bilər. Söhbət Kakanın "Milan"a qayıtma ehtimalından gedir.

"Benfika"nın hücumameyilli yarımmüdafiəçisi N. Qaytan üçün də qızğın mübarizə gedir. "İnter", "Milan", "Yuventus" və "Mançester Yunayted"lə bərabər, "Atletiko Madrid" də futbolçu ilə yaxından maraqlanır.

Maruan Fellayni "Çelsi" və "Mançester Yunayted" arasında seçim etməli olacaq.

"Bavriya" və "Real Madrid" "Liverpul"un uruqvaylı forvardı Luis Suarezlə maraqlanır.

Kavani "Napoli"dən getmək istəsə, "Mançester Siti", "Real Madrid" və "Yuventus"un qapısı üzünə açıq olacaq.

Edin Dzeko uğrunda mübarizə "İnter", "Qalatasaray" və "Borussia Dortmund" arasında gedir.

"Çelsi"nin braziliyalı müdafiəçisi David Luiz "Barselona"nın hədəfindədir.


Elvin CanTuran
AzNews.az