Bruno Alveş barədə 10 maraqlı məlumat

"Fənərbağça"nın yeni transferi olan portuqal ulduzu yaxından tanıyaq.

1) Futbola 11 yaşında başladı, 17 yaşında "Porto"nun aşağı yaş qruplarına keçdi və peşəkar karyerasına başlayıb.

2) 2001-ci ildə "Porto"nun əsas heyətinə cəlb edildi. Amma əsas heyət üzvü olmaq üçün daha bir neçə il gözləməli olub.

3) 2002-2005-ci illəri Alveşin icarəlik dönəmləri də adlandırmaq olar.

4) Həm Portuqaliya seçməsində, həm də "Porto"da Pepe ilə çox yaxşı anlaşırlar.

5) "Zenit" futbolçunu heyətinə cəlb etmək üçün 22 milyon avrodan keçməli olub.

6) Çempionlar Liqasında 47 matç keçirib və 2 qol, 2 assistlə diqqət mərkəzinə düşməyi bacarıb.

7) "Fənərbağça"ya keçidiylə eks komanda yoldaşı Mereyleşlə yenidən bir araya gələcək.

8) 2008-ci il Avropa Çempionatında ehtiyyatda oturmalı olsa da, 2010 DÇ və 2012 AÇ zamanı klubun əsas heyət üzvü olub.

9) Avro 2012-də möhtəşəm performans sərgiləsə də yarımfinalda İspaniya ilə keçirilən matçda qaçırdığı penalti ilə yaddaşlarda qalıb.

10) Qardaşı həmyerlimizlə eyni klubda çıxış edir. O da müdafiəçidir və bir vaxtlar "Porto"nun əsas rəqiblərindən olan "Benfika"da çıxış edib. Hazırda Rumıniya "Petrolul"unun formasını tərlədir. Bu komandada milli futbolçumuz Elhad Nəziri də çıxış edir.//goal.com//

Elvin
AzNews.az