Balotelli rejissorları da çaşdırdı - Video

Dünən DÇ-2014 seçmə mərhələsində bəzi qruplarda maraqlı görüşlər keçirilib. B qrupunda qərarlaşan Çexiya və İtaliya seçmələri münasibətlərinə aydınlıq gətiriblər.

Matç 0:0 hesabıyla sona çatıb.

Görüş hər zaman çılğın hərəkətləriylə diqqət çəkən Balotelli üçün düşərli olmayıb. Belə ki, o, matçın 69-cu dəqiqəsində ehtiyac olmadığı halda rəqib futbolçuya qarşı kobud oynayıb və buna görə sarı vərəqə ilə cəzalandırılıb. Maraqlı məqam ondan ibarətdir ki, futbolçunun sarı kart alması matçı televiziya vasitəsiylə izləyən azarkeşləri çaşdırıb.

Aznews.az həmin epizodun görüntülərini təqdim edir.

Onu da xatırladaq ki, Balotelli cəmi 3 dəqiqə sonra növbəti sarı vərəqəni alaraq meydançadan qovulub.



Elvin CanTuran
AzNews.az