Dünənki futbol gecəsindən möhtəşəm qol - Video

Geridə qoyduğumuz gün Avropada futbol bayramı yaşanıb.

DÇ-2014 seçmə mərhələsi çərçivəsində keçirilən görüşlərdə ən böyük hesab Latviya - Bosniya və Hersoqovina arasında baş tutan oyunda qeydə alınıb.

Matçdan qonaqlar 0:5 hesabıyla qalib ayrılıblar və matç zamanı dünənki gecənin ən gözəl qollarından biri vurulub.

Görüşün 63-cü dəqiqəsində qonaqların 18 nömrəli futbolçusu Haris Medunyanin fantastik qola imza atıb.

Aznews.az həmin görüntüləri təqdim edir.



Elvin CanTuran
AzNews.az