Dünyanın bir nömrəli tennisçisi amerikalı Serena Uilyams Fransanın tennis üzrə qadınlar arasında açıq çempionatının (Roland Garros) qalibi olub. Dünyanın bir nömrəli tennisçisi amerikalı Serena Uilyams Fransanın tennis üzrə qadınlar arasında açıq çempionatının (Roland Garros) qalibi olub.

21 milyon avronu qazana bilmədi

Dünyanın bir nömrəli tennisçisi amerikalı Serena Uilyams Fransanın tennis üzrə qadınlar arasında açıq çempionatının (Roland Garros) qalibi olub.



Iyunun 8-də Parisdə keçirilən həlledici oyunda S.Uilyams turnirin öətnilki qalibi, dünya ikincisi, rusiyalı Mariya Şarapovanı 2:0 hesabı ilə (6:4, 6:4) məğlub edib.

Final oyun 1 saat 46 dəqiqə sürüb.

Qeyd edək ki, bu, Serena Uilyamsın "Böyük dəbilqə" turnirlərində 16-cı, "Roland Garros" yarışmasında isə ikinci qələbəsidir.. O, ilk dəfə 2002-ci ildə "Roland Garros" turnirinin qalibi olub.

Onu da xatırlayaq ki, "Roland Garros" turnirinin bu ilki mükafat fondu 21 milyon 17 min avrodur.

AzNews.az