Nizami Salahov 68 yaşında dünyasını dəyişib Nizami Salahov 68 yaşında dünyasını dəyişib

Azərbaycanın veteran futbolçusu vəfat edib

Nizami Salahov 68 yaşında dünyasını dəyişib




Azərbaycanın tanınmış futbol veteranı Nizami Salahov 68 yaşında Bakıda dünyasını dəyişib. İki ay sürən ağır xəstəlikdən sonra dünyasını dəyişən keçmiş hücumçu bu gün doğma şəhərində torpağa tapşırılacaq.

Nizami Salahov 1965-75-ci illərdə Azərbaycan futbolunda top qovub. "Neftçi" klubunun 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazandığı dövrdə ağ-qaraların formasını geyinib.(anspress)

AzNews.az