- Köhnə - İdman
- 12 İyun 2013 14:43
- 1 639
“Qarabağ“ ölkəni tərk edir
Avroliqaya hazırlaşmaq üçün qardaş ölkəyə yollanacaq komanda hazırlıqlarının Bakı mərhələsini başa çatdırıb. Sabah səhər Bakı – Ankara reysiylə yola düşəcək komanda axşam Qızılcahamamda məşqə çıxacaq.
Heyət Avroliqanın püşkünə qədər Türkiyədə məskunlaşacaq.
Püşkə əsasən bölgə klubu ilk oyununu evdə keçirməli olsa iyunun 28-i Bakıya qayıtmağı planlaşdırır. Əks halda, Türkiyədən səfər oyununa yollanılacaq.
Qeyd edək ki, Avroliqanın ilk turunun oyunları iyulun 4-ü və 11-i keçiriləcək.
Elvin CanTuran
AzNews.az